Haqqımızda

DESIGN ONE 2014-cü ildə təsis edilib və öz fəaliyyətinə mətbəx şourumu THE KİTCHEN kimi başlayıb. Özünün daimi inkişaf mövqeyinə riayət etməklə, mütəmadi yenilənməyə, kreativ proseslərə inteqrasiyaya can atmaqla 2017-ci ildə yeni innovativ layihəyə - unikal məkan dizaynına imza atdı.
The KITCHEN varisi kimi dünya mətbəx mebeli istehsalçılarının liderləri Leicht, Valcucine kimi brendlərin ən yaxşı nümunələrini özündə cəmləyən DESIGN ONE bu sahədə qabaqcıl mövqeyini qoruyur. Müasir interyer dizayn məkanında mətbəx – istənilən tərtibatın başlanğıc məkanıdır. Ona görə mətbəxin öncəliyini qorumaq - DESIGN ONE üçün başlıca şərtdir. Eyni zamanda şirkət yeni multifunksional layihələrin yaradılması üçün mövcud mətbəx mebeli modelindən kənara çıxır.
DESIGN ONE novator Flos, Moroso, Living Divani, Laura Meroni kimi avropa brendlərinin mebel və işıqlandırma növləri ilə öz çeşıdlərinin sayını artırır.
Şirkətdə müqavilə əsasında ticarət obyektlərindəki malların tam dəstinin hazırlaması ilə məşğul olan Lighting Design kimi yeni bölümlər yaradılıb.
Bu gün DESIGN ONE şirkətinin missiyası interyeri mebellə təchiz etməklə bərabər, həm də yeni arzular üçün ilham mənbəyi olmaq və onları həyata keçirməyə lazimi şərait yaratmaqdan ibarətdir.
DESIGN ONE mədəni dialoqlar nəticəsində yeni əlaqə formalarının yarandığı və dizayn layihələrinin hazırlandığı “qurulma məntəqəsi” mərkəzinə çevrilir.
Vəzifəmiz – mükəmməl materialların, möhtəşəm fikirlərin və istedadlı peşəkarların birgə yaratdığı qüsursuz keyfiyyəti təmin etməkdir.
Layihəni həyata keçirənlərin nəzərində DESIGN ONE – yenilikçi ideyaların təşəkkül tapdığı və müasir üslubda dizayn edilən layihələrin “dizayn kürsü”südür. Memar və dizayner üçün DESIGN ONE ilə çalışmaq son dərəcə faydalıdır. DESIGN ONE dizaynerə nadir iş materialları ilə eksperimentlər etmə imkanı yaradır, öz media resusrlarında və öz sosial şəbəkə səhifələrində məlumatlandırıcı və maarifləndirici dəstək verir, habelə rəsmi tədbirlərində (memarlıq, inşaat, dizayn təlimləri, seminarlar və s.) müəllif portfoliolarını və tamamlanmış layihələrin keyslərini nəşr və təbliğ edir.
Sifarişçinin nəzərində DESIGN ONE – yalnız əlvan mebel və aksesuarları əldə etdiyi məkan deyil, eyni zamanda onların həmfikirləri ilə vahid təşkilatda ola bilmək, DESIGN ONE şirkətinin təşkil etdiyi tədbirlərdə görüşmək, informasiya mübadiləsi etmək, təcrübələrini və rəylərini paylaşa bilmək imkanıdır. Bu platforma böyümə və inkişaf üçündür. Çünki məhz burada peşəkarlarla rahatlıqla ünsiyyyət qurmaq və xəyalınızda olan ideyaları həyata keçirə biləcək həmrəy insanlarla tanış olmaq mümkündür.
DESIGN ONE şirkətində həm layihəni hazırlayanlar, həm də sifarişçilər əsas məqsədinə nail olur. Layihə üzvləri sifarişçilərin aldıqları hazır alqoritmi əldə edirlər. Sifarişçilər isə fəxrlə peşəkarlar tərəfindən təsdiqlənən yaradıcı fikirlərinin reallaşdığı yaşayış sahəsi qazanırlar.

DESIGN ONE layihələrin idarə olunmasını həyata keçirir və kommunikasiya proseslərini təmin edir:
- mebellərə, aksesuarlara, işıqlandırma qurğularına, dekorasiya materiallarına, həmçinin fabriklərin kataloqlarına çıxışı təmin edir;
- müştəri və ya dizayner tərəfindən müəyyən edilən layihənin tələblərinə əsaslanaraq istehsalçılar haqqında ətraflı məlumat verir, məhsullarını tövsiyə edir və satışını həyata keçirir;
- yaradıcı kollaborasiyalar və tədbirlər təşkil edir;
- potensial müştərilərə ən uyğun icraçıları seçir və əksinə, mövcud imkanlarını nəzərə alaraq peşəkarlar üçün münasib olan layihələr təklif edir;
- trendlər haqqında məlumat vermək və etibarlı rəyləri əlavə etməklə media dəstəyi verir;
- sifarişləri rəsmiləşdirir, logistikanı həyata keçirir, gömrük brokeri xidməti göstərir, materialların montajını yerinə yetirir, mebelin yığlmasını təmin edir və s.
DESIGN ONE mükəmməl idarəetmə bacarığı ilə peşəkarların etimadını qazanır.

Daha ətraflı
Get in touch
We implemented navigation with two separate parts: product presentation and support for wholesalers.
Əlaqə