HoReCa Workshop
Xəbərlər siyahısına geri qayıt

8 sentyabrda Horeca Workshop dizaynerlər və memarları üçün italyan kursları ilk dəfə Azərbaycana gəlib.

Şou-rum DESIGN | ONE, dünyada dizaynın paytaxtı sayılan, kursların təşkil olunduğu Milan şəhərinin ən yaxşı nümunələrində restoranların tərtibatı mövzusunda master-klas keçirib.

Maraqlı mühazirədən başqa italyan memarı, kursun mühazirəçisi Andrea Langhinin Horeca Workshop tərəfindən nəşr edilmiş " Uğurlu müəssisəni necə yaratmalı " kitab təqdim edilib. Müəllif iyirmi illik təcrübəsinə əsaslanaraq kitabda tərtibatla bağlı bəzi sirləri ilə oxucularla asan anlaşılan, sadə dillə bölüşüb.  

Diplomatların - Azərbaycanda İtaliya Səfirliyinin  başçısının müavini cənab Umberto Boeri və  ICE-ITA -nın İtaliya ilə ticarət münasibətlərinin inkişafına dəstək şöbəsinin əməkdaşı Nərmin Eyyubova - iştirakı tədbirin xüsusi əhəmiyyətini ortaya qoyub.